
Ötən gecə Rusiyanın endirdiyi zərbələr nəticəsində Ukraynanın bir neçə bölgəsində dəmir yolu infrastrukturu və onun fəaliyyətini təmin edən qurğular ziyan görüb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Sergey Koretski öz “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, ölkənin cənub-şərqindəki Dnepropetrovsk vilayətinin Krivoy Roq və Kamenskoye şəhərlərində dəmir yolu infrastrukturu, xüsusilə də dizel lokomotivləri zədələnib. Ölkənin mərkəzi hissəsində yerləşən Vinnitsa və Kirovoqrad vilayətlərində isə elektrik yarımstansiyaları, o cümlədən dəmir yolu şəbəkəsini enerji ilə təmin edən qurğulara ziyan dəyib.


