Metan qazı partlayışı – 31 nəfər öldü 

Metan qazı partlayışı – 31 nəfər öldü 

Cənubi Afrika Respublikasında (CAR) yerləşən mədənlərin birində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agnetliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, istifadə olunmayan şaxtada metan qazı partlayıb. Partlayış nəticəsində ən azı 31 nəfər həlak olub. Onların Lesoto vətəndaşı olduğu bildirilir.

 

1990-cı illərdə fəaliyyətini dayandıran şaxtanın ventilyasiyasında metan qazının həddindən artıq olduğu və bunun partlayışla nəticələndiyi bildirilir. Ölən şəxslərin şaxtaya necə gəldiyi məlum deyil.

Mənbə

Share: