Mişel hadisələri Rusiyanın daxili işi adlandırdı

Mişel hadisələri Rusiyanın daxili işi adlandırdı

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə siyasətçi tviter səhifəsində paylaşım edib.

 

“Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır”, – o qeyd edib.

 

 



Mənbə

Share: