
Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 296 immiqrant İğdırdan ölkələrinə göndərilib.
Onlar təyyarə ilə yola salınıb.
İğdır Rayon Miqrasiya İdarəsi Çıxış Mərkəzindən aparılan Əfqanıstandan olan 296 qeyri-qanuni immiqrant bu gün günorta saatlarında polisin müşayiəti ilə Şəhid Bülent Aydın Hava Limanına aparılıb, oradan da təyyarə ilə Əfqanıstana göndəriliblər.


