Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

 80 kq-da çıxış edən yığma üzvü 1/16 finalda almaniyalı Kevin Şumannla qarşılaşıb.

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçu 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

54 kq-da çıxış edən Zeynəb Rəhimova isə 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.

Axşam seansında Azərbaycanın daha 1 boksçusu mübarizəyə qoşulacaq. 92 kq-da yer alan Alfonso Dominges israilli Yan Zakla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) 1/8 finala yüksəlib.

Mənbə

Share: