
“Xarici diplomatik korpusla birlikdə Laçın keçid məntəqəsindəyik”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Xatırladaq ki, dünən Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrindən ibarət nümayəndə heyəti Laçın sərhəd-keçid məntəqəsində olub. Nümayəndə heyətinə 30-dan çox ölkədən 60 diplomat və hərbi attaşe daxildir.


