Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Ferhan ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabah Ciddədə keçiriləcək Fövqəladə İcraiyyə Komitəsinin iclasına hazırlıq müzakirə olunub.
Bundan əlavə, islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələləri də gündəmdə olub.