İspaniya La Liqasının 33-cü turunda keçirilən “Real” – “Atletik” oyunu meydan sahiblərinin futbolçusu Luka Modriç üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, bu, xorvatiyalı yarımmüdafiəçinin Madrid klubunda 300-cü oyunu olub.
Klub prezidenti Florentino Peres 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Modriçə üzərində 300 yazılmış forma təqdim edib.
Qeyd edək ki, “Qızıl top”un sahibi 2012-ci ildən çıxış etdiyi “Real”da 197 La Liqa, 68 Çempionlar Liqası, 21 İspaniya kuboku, 6 klublararası dünya çempionatı, 4 UEFA superkuboku və 4 İspaniya superkuboku oyununa çıxıb. Bu görüşlərdə Modriç 17 qol vurub, 47 məhsuldar ötürmə edib.