Biznes forumunun dəyərləndirmə iclası keçirildi

İstanbul şəhərində 13-14 iyul tarixlərində baş tutan “İş dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgisinin dəyərləndirmə iclası keçirilmişdir.

 

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, MÜSİAD Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilən tədbirin dəyərləndirmə görüşü MÜSİAD Azərbaycan dərnəyimizdə baş tutmuşdur.

 

Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyəti Üzvlərimiz, Üzvlərimiz, KOBİA sədr müavini Hikmət Məmmədov və biznes forum-sərgisinə Azərbaycandan qatılan sahibkarlar iştirak etmişdir.

 

Görüşdə sahibkarların tədbir haqqında fikirləri dinlənilmiş, tədbirin ümumi dəyərləndirilməsi edilmişdir. Daha sonra iki ölkə arasında iqtisadi və ticari əlaqələrin artırılması üçün yeni layihələr planlaşdırılmış və birgə fəaliyyətlər haqqında müzakirələr aparılmışdır.

 

KOBİA sədr müavini Hikmət Məmmədov görüşdə, KOBİA-nın hər zaman sahibkarların yanında olduğunu və onlara dəstək olmağa hazır olduqlarını bildirmişdir. Biznes forumun hamı tərəfindən çox bəyənildiyini vurğulayan Hikmət bəy, formun daha genişmiqyaslı şəkildə keçirilməsi üçün Ankarada artıq fəaliyyətlərə başlanıldığını söyləmişdir. 

 

Sədrimiz Rəşad Cabirli, forumun uğurla həyata keçdiyini vurğulamış, belə forumların daha çox olması üçün fəaliyyətlərin planlaşdırıldığını bildirmişdir. Rəşad bəy Türkiyədə 83, ölkə xaricində 81 fərqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən MÜSİAD-ın, üzvlərinə və sahibkarlara öz gücü ilə, network əlaqələri ilə hər zaman arxa olduğunu və işbirlikləri üçün lazımi dəstəklərin göstərilməsinə hazır olduğunu bildirmişdir.

 

Görüş sonunda 10-dan artıq sahibkarın artıq bir-birləri ilə iş fəaliyyətlərinə başlanıldığı bildirilmiş, bu sayının daha da artırılması üçün layihələrin planlaşdırılması müzakirə edilmişdir.

Mənbə

Share: