Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmir işləri həyata keçiriləcək.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedurlar başa çatıb.

Belə ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xəzər-Construction” MMC arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, müxtəlif işlərin görülməsi nəzərdə tutulur.

Razılaşmanın ümumi dəyəri 61 milyon 87 min 536 manatdır.

Share: