İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək

İran Çin və Rusiya ilə birlikdə hərbi dəniz təlimləri keçirəcək.

APA-nın Tehran bürosunun mlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Qərargah rəisinin beynəlxalq məsələlər üzrə müavini Qədir Nizami deyib.

Onun sözlərinə görə, Çin və Rusiya ilə hərbi təlimlər yaxın gələcəkdə Hind okeanı və Oman dənizində keçiriləcək. “İslam İnqilabından sonra ilk dəfədir ki, İran iki böyük güc olan Çin və Rusiya ilə birlikdə üçtərəfli hərbi təlim keçirəcək. Digər ölkələrlə də birgə hərbi təlimlərin keçirilməsi gündəmdədir və bu prosesi başlamışıq”.

Q.Nİzami deyib ki, tezliklə bir neçə ölkənnin müdafiə naziri və qərargah rəisi Tehrana səfər edəcək. İran hərbi sahədə digər ölkələrlə münasibətini genişləndirir.

Share: