Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1 699 vahid qan toplanılıb.
Səhiyyə Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, bunun 1210-u paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.