Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin bölgüsü aşağıdakı kimidir:
– Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1863 nəfər
– Orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan 577 nəfər
– Peşə təhsili müəssisələrində təhsil alan 25 nəfər