Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən “Singapore international math olympiad challenge” (SIMOC) olimpiadasında iştirak ediblər.
BDU-dan Moderator.az-a bildirilib ki, ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan və s. kimi 30-dan çox ölkədən ümumilikdə 1633 məktəblinin iştirak etdiyi SIMOC olimpiadasında Azərbaycandan 129 şagird təmsil olunub.
SIMOC olimpiadasında BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl, VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüb.