Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi 

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edildi 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə Milletinsesi.az-a FHN-dən bildirilib.

Xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.

Mənbə

Share: