“Qırmızı Kitab”a düşmüş zəlini ovlayan şəxs cəzalandırıldı

 

Adı “Qırmızı Kitab”a düşmüş Şərq tibb zəlisi ovlayan şəxs cəzalandırılıb.

Bu barədə Milletinsesi.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycanın “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı zəli ovlayan şəxsin Sumqayıt şəhər sakini Azər Cəfərov olduğu müəyyən edilib, ondan ovlanmış zəlilər götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

 

Share: