Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ərdoğana məktubunda qeyd edib.
“2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir”.


