Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Milletinsesi.az-ın məlumatına görə, idmançı 100 metr məsafəyə brass üzrə üzməkdə 1:12.34 nəticə göstərib.
Final yarışı bu gün, Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın digər para-üzgüçüsü Roman Saley dünya çempionatında 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.