İran hökuməti Britaniyanın “Stena Impero” tankerini sərbəst buraxıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə yerli KİV məlumat verib.
Qeyd edək ki, İran hökumətinin sözçüsü Əli Rabii bu gün keçiridiyi mətbuat konfransında “Stena Impero” tankerinin sərbəst buraxılması üçün bütün idari prosedurun başa çatdığını demişdi.
Xatırladaq ki, İran təxminən iki ay öncə saxladığı “Stena Impero” Britaniya tankerinin 7 ekipaj üzvünü bir müddət öncə azad etmişdi.