Xəzərin statusunun həlli Xəzər dənizinin böhranlı ocaqlar və qeyri-stabil zonalar yaxınlığını nəzərə aldıqda çox vacibdir.
Milletinsesi.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Xarici İşlər nazirinin müavini İqor Bratçikov deyib. Onun sözlərinə görə, suverenliyin sərhədlərinin, Xəzəryanı dövlətlərin yurisdiksiyasının dəqiqləşdirilməsi stabilliyin gücləndirilməsinə, Rusiyanın tərəfdaşlarıyla Xəzərlə bağlı münasibətlərin müəyyənləşdirməsinə, beş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, bundan öncə Rusiya Duması Xəzər dənizinin statusu haqqında Konvensiyanı ratifikasiya edib. Sentyabrın 25-də bu addımı Federasiya Şurasının atacağı güman olunur.