Dünyanın ən bahalı şəxsi təyyarələrinin reytinqi açıqlanıb

Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi dərc olunub. Siyahının ilk pilləsinə ABŞ hökumətinə məxsus və qiyməti 660 mln. dollar olan “Air Force One” avialayneri layiq görülüb.
“APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, tutumu 100 sərnişin və 26 ekipaj üzvü olan bu təyyarənin göyərtəsində hospital və kinoteatr mövcuddur. Təyyarə bir neçə mərtəbədən ibarətdir və ən müasir və mürəkkəb texnologiyalar ilə təchiz olunub. Layner o qədər möhkəm materiallardan hazırlanıb ki, hətta meteoritlə toqquşmaya, zəlzələyə və nüvə müharibəsinə tab gətirə bilər.

Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi:

# Təyyarə Qiymət, mln. dollar Mülkiyyətçi
1 Air Force One 660 ABŞ hökuməti
2 Boeing 747 617 Anonim milyarder
3 Airbus A380 Custom 500 Səudiyyə Ərəbistanını şahzadəsi Əl Valid bin Talal
4 Boeing 747-8 Intercontinental BBJ 403
5 Airbus A340-300 350 Rusiyalı milyarder Alişer Usmanov
6 Boeing 747-430 233 Bruney sultanı
7 Boeing 787-8 BBJ 224
8 Boeing 767-33A (ER) 170 Rusiyalı milyarder Roman Abramoviç
9 Boeing 747-81 VIP 153 Honkonqun daşınmaz əmlak maqnatı Jozef Lau
10 Gulfstream III 125 Amerikalı prodüser, rejissor və aktyor Tayler Perri
Share: