Dünyanın ən bahalı şəxsi təyyarələrinin reytinqi açıqlanıb

Dünyanın ən bahalı şəxsi təyyarələrinin reytinqi açıqlanıb
Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi dərc olunub. Siyahının ilk pilləsinə ABŞ hökumətinə məxsus və qiyməti 660 mln. dollar olan “Air Force One” avialayneri layiq görülüb.
“APA-Economics”in “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, tutumu 100 sərnişin və 26 ekipaj üzvü olan bu təyyarənin göyərtəsində hospital və kinoteatr mövcuddur. Təyyarə bir neçə mərtəbədən ibarətdir və ən müasir və mürəkkəb texnologiyalar ilə təchiz olunub. Layner o qədər möhkəm materiallardan hazırlanıb ki, hətta meteoritlə toqquşmaya, zəlzələyə və nüvə müharibəsinə tab gətirə bilər.

Dünyanın ən bahalı şəxsi təyyarələrin reytinqi:

#TəyyarəQiymət, mln. dollarMülkiyyətçi
1Air Force One660ABŞ hökuməti
2Boeing 747617Anonim milyarder
3Airbus A380 Custom500Səudiyyə Ərəbistanını şahzadəsi Əl Valid bin Talal
4Boeing 747-8 Intercontinental BBJ403–
5Airbus A340-300350Rusiyalı milyarder Alişer Usmanov
6Boeing 747-430233Bruney sultanı
7Boeing 787-8 BBJ224–
8Boeing 767-33A (ER)170Rusiyalı milyarder Roman Abramoviç
9Boeing 747-81 VIP153Honkonqun daşınmaz əmlak maqnatı Jozef Lau
10Gulfstream III125Amerikalı prodüser, rejissor və aktyor Tayler Perri
Share: