Ukraynada ölən azərbaycanlıların iki övladı var imiş…

Xəbər verdiyimiz kimi, Ukraynada gedən müharibədə əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli həlak olublar.

 

Modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün Zərdab rayonu Məmmədqasımlı kəndinin icra nümayəndəsi ilə əlaqə saxlayıb.

 

İcra nümayəndəsi Mətləb Müzəffərov saytımıza açıqlamasında bildirib ki, rusiyalı hərbçilər Xerson vilayətində Orxan Əzizli və Ramiz Qədirliyə məxsus meyvə dolu yük maşınının üstündən tankla keçiblər.

 

“Nəticədə hər iki şəxs həlak olub. Həmyerlilərimiz orada alver məqsədilə yaşayırdı. Döyüşlərdə iştirak etmirdilər. Hazırda hər iki soydaşımızın nəşi yoldadır. Yəqin sabah səhər saatlarında burada olacaqlar. Elə sabah dəfn mərasimi baş tutacaq. Hər ikisi də ailələlidir. Ailələri hazırda pərişan vəziyyətdədir”, – o qeyd edub.

 

Mətləb Müzəffərov vurğulayıb ki, həm Orxan Əzizli, həm də Ramiz Qədirlinin iki övladı var.

 

1271797

Mənbə

Share: