Gürcüstanın Şovi bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ərazidə xilasedicilər 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir.
Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.