“Azərbaycan növbəti dəfə BMT-də Ermənistan üzərində diplomatik qələbə əldə etdi”

Tamam Cəfərova: “İrəvan Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalıdır”

“Azərbaycan BMT-də  növbəti dəfə Ermənistan üzərində diplomatik qələbə əldə etdi, onun yalanlaırnı ifşa etdi”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib. Millət vəkili qeyd edib ki, rəsmi Bakı Qarabağ ermənilərinin blokadası ilə bağlı fikirlərin əsassız olduğunu dünya ictimaiyyətinə sübut etdi:

“Azərbaycan bu iclasda ortaya qoyduğu konkret faktlar, fotolar və digər təkzibedilməz dəlillərlə Qarabağdakı ermənilərin guya blokada vəziyyətində yaşadığı, bölgədə humanitar fəlakətin baş verdiyi ilə bağlı fikirlərin absurdluğunu, bu fikirlərin həqiqətdən tamamilə uzaq olduğunu sübut etdi.

Ölkəmiz bütün dünyaya göstərdi ki, rəsmi İrəvan, eləcə də xaricdəki erməni lobbisi öz yalanları ilə bəşəriyyəti aldadır, beynəlxalq ictimai rəyi yanıltmağa çalışır. Rəsmi Bakı konkret arqumentlərlə dünya ldierlərinə sübut etdi ki, Ermənistan hər zaman olduğu kimi bu gün də beynəlxalq miqyasda “yalan ixracı” və manipulyasiya ilə məşğuldur.

BMT Təhlükəsizlik Şurasının iclasının məlum nəticəsi ölkəmizin sadəcə hərbi sahədə deyil, həm də diplomatik müstəvidə nə qədər güclü olduğunu bir kəs daha ortaya qoydu. Bu fakt göstərdi ki, Azərbaycan erməni yalanlarına qarşı çevik və effektiv mübarizə aparır, İrəvanın dezinformasiya siyasətini uğurla ifşa edir.

İrəvan Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalı, yalan və böhtanları bir kənara qoymalıdır. Ermənistan anlamalıdır ki, yalanlar, dezinformasiyalarla heç nəyə nail ola bilməyəcək. Beynəlxalq birlik Azərbaycanın haqq işini dəstəkləyir, rəsmi Bakının təqdim etdiyi faktların inkaredilməzliyi qəbul edir.

Baş verənlər onu deməyə əsas verir ki, bugünə qədər olduğu kimi, bundan sonra da Ermənistanın ortaya atdığı hər bir yalan onun özünün ifşası və məğlubiyyəti ilə nəticələnəcək, beynəlxalq aləmdə İrəvana olan inamsızlığı bir qədər də artıracaq”.