Terror təşkilatı PKK/YPG-nin Suriyadakı silahlı təlimlərini davam etdirən ABŞ ordusu Həsəkə vilayətinin şimal-şərqindəki Qamışlı rayonunda terrorçularla birgə silahlı təlim keçirib.
Moderator.az “TRT Xəbər” ə istinadla xəbər verir ki, Qamışlıda ABŞ əsgərlərinin onlarla PKK/YPG terrorçusu ilə birgə keçirdiyi təlim avqustun 15-17-də baş tutub.
Birgə silahlı təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.
ABŞ ordusu, Həsəkədə Əbdüləziz dağı və Deyr əz-Zor vilayətində əl-Ömər və Koniko petrol bazalarında tez-tez PKK/YPG ordusuna təlim keçir.