ABŞ müdafiə sektoru Ukrayna ilə bağlı dialoqa mane olur — Ceffri Saks

ABŞ müdafiə sektoru Ukrayna ilə bağlı dialoqa mane olur — Ceffri Saks

ABŞ-ın hərbi-sənaye dairələri Ukraynada sülhün bərqərar olmasına qarşı çıxırlar, lakin prezident Donald Trampın istənilən nəticəyə nail olmaq üçün imkanları var.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Nyu-Yorkdakı Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, amerikalı iqtisadçı Ceffri Saks Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindən sonra TASS agentliyinə müsahibəsində bildirib.

Saks qeyd edib: “Əsas maneə prezidentin niyyəti deyil, Vaşinqtondakı güclü maraq qruplarının – o cümlədən təhlükəsizlik strukturlarının və hərbi-sənaye kompleksinin müəyyən hissələrinin göstərdiyi müqavimətdir. Onlar hələ də NATO-nun genişləndirilməsi kimi uğursuz layihəyə sadiq qalmaqdadırlar. Prezident Trampın hazırda Amerika xalqının maraqlarını həmin lobbilərin maraqlarından üstün tutmaq imkanı var”.

Amerikalı iqtisadçının fikrincə, NATO-nun Ukrayna və Gürcüstan hesabına genişləndirilməsinə son qoyulduğuna dair birmənalı bəyanat ABŞ-ın təhlükəsizliyini gücləndirərdi. Çünki bu, “dünyanın ən böyük nüvə dövləti ilə müharibə riskini aradan qaldırar və silahlanmaya nəzarət üzrə yeni sazişin imzalanmasına yol açardı”.

Share: