Türkiyənin Muş vilayətində gənc sevgililər 3 gün ara ilə intihar edib.
Modern.az xəbər verir ki, hadisə Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Dilan Tuna adlı qızın atası 3 ildir münasibətdə olduğu Yakup Sönmez ilə evlənməsinə icazə verməyib.
Dəfərlərlə elçi getməsinə baxmayaraq qızın atasını razı salmaq mümkün olmayıb. Əvvəlcə Dilan Tuna, 3 gün sonra isə Yakub Sönmez intihar edib.
Gənclərin cansız bədənləri yan-yan dəfn edilib.