Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq müzakirə olunub

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.

Förüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın genişspektrli məsələləri üzrə maraqlı fikir mübadiləsi aparılıb.

“Beşlik” formatında qarşılıqlı fəaliyyətin qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.

Mənbə

Share: