Rusiya hərbçiləri KTMT təlimində iştirak etmək üçün Belarusa gedib

Rusiya hərbçiləri KTMT təlimində iştirak etmək üçün Belarusa gedib

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Qarşılıqlı fəaliyyət-2023” adlı hərbi təlimlərində iştirak etmək üçün Belarusa gedib.

 

Bu barədə Belarus KİV-i məlumat yayıb.

 

Bildirilib ki, təlimlər sentyabrın 1-dən 6-dək keçiriləcək.

 

Təlim çərçivəsində iştirakçı ölkələrin orduları təcrübələrini artıracaqlar. /report/

 

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.

Mənbə

Share: