Məmurun zirzəmisindən 13,5 ton qızıl çıxdı

Çində Quancjou şəhərinin keçmiş merinin evindən böyük miqdarda pul və 13,5 ton qızıl tapılıb.

Qaynarinfo.az xəbər verir ki, 57 yaşlı Can Tsi 268 milyard yuan (64 milyard manat) pul və qızılları evin zirzəmisində saxlayıb. Polis sabiq merin bir neçə min kvadrat metrlik əmlakını da üzə çıxardıb.

Qeyd edək ki, Can Tsi Kommunist Partiyasının katibi də olub.

 

Share: