![](https://milletinsesi.az/wp-content/uploads/2019/09/5d8c8e7a22b1d_275d8c8db22f166.jpg)
Fransanın eks-prezidenti Jak Şirak ölüb.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Frans Press” yayıb.
Qeyd edək ki, 29 noyabr 1932-ci ildə Parisdə anadan olan Jak Şirak Fransanın 22-ci prezidenti olub.
O, 1995-2007-ci illərdə ölkəyə rəhbərlik edib.
2007-ci ildə Jak Şirak Azərbaycanın ən yüksək mükafatı olan Heydər Əliyev Ordeni ilə təltif edilib.