Ərəbistanda çarşab qadağası götürülür

Səudiyyə Ərəbistanı ölkəyə səyahət məqsədilə gələn xanımların başına çarşab bağlaması qadağasını götürəcək.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyənin Turizm naziri Əhməd əl-Katib bildirib.

“Blumberq”ə danışan nazir deyib ki, ölkədə son illər böyük dəyişikliklər olub:

“Çarşab taxmaq çətinliyi aradan qaldırılsa da, xarici ziyarətçilərin geyimləri məsələsində müəyyən şərtlər olacaq”.

Nazir əlavə edib ki, ölkə daxilində yaşayan qadınların baş örtüyünün götürülməsi məsələsi müzakirə olunmur.

 

Share: