Nazir iki mayora vəzifə verdi, generalı işdən çıxartdı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinat həyata keçirib.

Milletinsesi.az xəbər verir ki, nazirin əmri ilə polis mayoru Elnur Heydər oğlu Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi təyin edilib.

E.Quliyev buna qədər Ucar RPŞ-nin DYP bölməsinin rəisi olub.

Qeyd edək ki, bundan öncə nazirin digər əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general mayoru Elxan Həsənovun vəzifəsindən azad edildiyi, Gəncə şəhəri, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Mehman Həsənovun isə Samux Rayon Polis Şöbəsinin kadrlar şöbəsinə rəis təyin edildiyi haqda məlumat yayılıb.

 

Share: