“Sportinq”ə yeni baş məşqçi təyin edildi

“Sportinq”ə yeni baş məşqçi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lissabon təmsilçisinin “sükan”ı Jorje Silaşa tapşırılıb.
43 yaşlı mütəxəssislə müddəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Sportinq”də bir müddət əvvəl baş məşqçi Marsel Kayzer vəzifəsindən ayrılmışdı. Komanda Portuqaliya çempionatında 6 turdan sonra 8 xalla 7-ci sırada qərarlaşıb.

Share: