Hindistan və Kanada ticarət danışıqlarını dayandırıb

Hindistan müəyyən məsələlər səbəbindən yaranan fikir ayrılıqlarına görə Kanada ilə ticarət danışıqlarını dayandırıb.

Bu barədə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bildirib.

Nazir bu bəyanatı Kanadanın Hindistana oktyabrın əvvəlinə planlaşdırılan ticarət missiyasını ləğv etməsindən sonra verib. Missiyanın işinin kənd təsərrüfatı, qida, rəqəmsal texnologiya, infrastruktur və digər sahələrə yönələcəyi gözlənilirdi.

“Kanada ilə ticarət dialoqunu dayandırdıq. Geosiyasi və iqtisadi baxımdan eyni mövqedə olduğumuza əmin olmalıyıq. Baş nazir Narendra Modi ilə onun kanadalı həmkarı Castin Trüdo arasında keçirilən ikitərəfli görüşdə ciddi narahatlıq doğuran bəzi məsələlər vurğulanıb”, – P.Qoyal vurğulayıb.

İndiyədək Hindistan və Kanada arasında ticarət sazişi üzrə danışıqların 6 raundu keçirilib.

Xatırladaq ki, bu gün Kanada hakimiyyətinin yüksək rütbəli hindistanlı diplomatı ölkədən çıxardığı məlum olub. Bunun ardınca Hindistan Kanada səfiri Kemeron Makkeyi ölkədən çıxarıb.

Qeyd edək ki, Kanadadakı Sinkhx icmasının lideri Hardip Sinkhx Nijarın qətli ilə bağlı iki ölkə arasında diplomatik qalmaqal yaşanır. Kanada hakimiyyəti onu Hindistan kəşfiyyat orqanlarının 2023-cü ilin iyununda qətlə yetirdiyini iddia edir, qarşı tərəf isə bununla razılaşmır.

Mənbə

Share: