Putin Xəzərlə bağlı Konvensiyanı təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ratifikasiyası ilə bağlı qanunu imzalayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiyalara dair rəsmi saytı məlumat yayıb.

“Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ilin 12 avqustunda Aktauda imzalanmış Konvensiya təsdiqlənsin”, – federal qanunun mətnində deyilib.

 

Share: