“İsrail bu müharibəni artıq uduzub”

“İsrail bu müharibəni artıq uduzub”

“Bu, HƏMAS-ın böyük zəfəri, İsrailin böyük çöküşü məqamı olacaq…”

 

“İsrailin əlehydarları qan hiss edib, Yaxın Şərqdə bu, çox təhlükəlidir…”

 

“HƏMAS-ın son gözlənilməz hücumu illərlə formalaşan güclü İsrail haqqında mifi dağıdıb…”

 

İsrail bu müharibəni artıq uduzub. Bu məğlubiyyətin nəticələri həm Yaxın Şərq, həm də bütün dünya üçün çox ağır olacaq.

 

Moderator.az xəbər verir ki, bu barədə polşalı jurnalist, Yaxın Şərq üzrə ekspert Pavel Rakovski Polşanın “İnteria” nəşrinə müsahibəsində bəyan edib.

 

Yəhudi dövlətinin regionda statusu azalır. Onun qüdrətinin eroziyası əlamətləri çoxdan özünü büruzə verməyə başlayıb. 

 

 “Əslində yaxşı heç nə müşahidə edilmir. HƏMAS sərhəd ərazinin bir hissəsinə nəzarəti davam etdirir. Onun sərhədi maneəsiz keçməsi barədə məlumatlar yayılır. İsrail eni 22 km olan məkana nəzarət etmir, öz şəhərlərində döyüşməyə məcburdur.

 

Üçüncü gündür ki, İsrail ondan xeyli zəif olan düşmənlə döyüşür. Qurbanların sayı artır. Guya ki, İsrail ordusunun bunun öhdəsindən gəlməsi barədə fikirlər doğru deyil”, – o, vurğulayıb.

 

“Aydındır ki, tez-gec İsrail vəziyyətin öhdəsindən gələcək. Lakin aydındır ki, İsrail bu müharibəni artıq uduzub. Bu məğlubiyyətin nəticələri həm Yaxın Şərq, həm də, ola bilsin ki, bütün dünya üçün çox ağır olacaq”, – Pavel Rakovski əlavə edib.

 

İsraildə müharibə. Dövlətin tədricən çöküşü

 

Rakovskinin sözlərinə görə, HƏMAS-ın İsrail ərazisinə hücumunun ilk saatları ekspertlərin bir qisminin İsrailin regionda statusunin tədricən azalması barədə proqnozlarını təsdiq edib. 

 

Ekspertin sözlərinə görə, bu proses çoxdan sezilib, lakin rəsmi ritorikada bu mövzuda hər hansı neqativ fikirlər tamamilə istisna ediib.

 

“İsrailin gücünün eroziyası problemi, daha doğrusu, onun ilk əlamətləri çoxdan meydana çıxıb. Belə vəziyyətlər kifayət qədər olub, Suriyadan uçub gələn və İsrailin atom reaktorunun yaxınlığına düşən raketi xatırlamaq yetərlidir. 140 nəfərin həlak olması ilə nəticələnən və İsrailin nəzarət etmədiyi kütləvi iğtişaşları da xatırlayaq”, – o, izah edib. 

 

“Burada söhbət təkcə siyasi etirazlardan deyil, daha dərin sosial, institusional problemdən gedir. Bizdə, Qərbdə Yaxın Şərq barəsində formalaşmış təsəvvür var, biz buna keçmişin prizmasından baxırıq. 

 

Bəli, nə zamansa ərəb tərəfi xeyli zəif, İsrail isə güclü olub. Və biz kitablar, filmlər və seriallar sayəsində bu miflərlə yaşamışıq. Nəticədə son illər ərəb tərəfinin necə güclənməyini, sadəcə, görməmişik”, – Rakovski deyib.

 

Yaxın Şərq üzrə ekspert əmindir ki, cari hadisələr və davam edən müharibə regionun simasını tamamilə dəyişəcək.

 

“Bu, HƏMAS-ın böyük zəfəri və İsrailin böyük çöküşü məqamı olacaq. Düşünürən ki, baş verənlər radikal dəyişikliklərin qaranquşudur”, – o, vurğulayıb.

 

“Hansısa dayaq nöqtəsinə ictimai əminlik sarsılıb. Bu dayaq nöqtəsilə, bütün siyasi qarışıqlıqlara rəğmən, öz vətəndaşlarını qoruya biləcək İsrailin gücünə inam olub.

 

HƏMAS-ın əməliyyatı güclü İsrail haqqında mifi dağıdıb və bunun nəticələri çox ağır olacaq. İsrailin əleyhdarları qan hiss edib, Yaxın Şərqdə isə bu, çox təhlükəlidir. İsrail bunun böyük bədəlini ödəməli olacaq”, – ekspert deyib.

Mənbə

Share: