Ceyhun Bayramov Bişkekdə müzakirə olunan mövzuları açıqladı

Ceyhun Bayramov Bişkekdə müzakirə olunan mövzuları açıqladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələrindən olan nazirlərlə müzakirə etdikləri mövzuları açıqlayıb.

O bu barədə öz “X” hesabında paylaşım edib.

Nazir iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat, kommunikasiyalar, təhsil, idman və sair sahələrlə bağlı məsələləri müzakirə etdiklərini qeyd edib.

Qeyd edək ki, oktyabrın 12-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

 

Mənbə

Share: