
Müəllimlərin sertifkatlaşdırılması prosesinin müsahibə mərhələsi dünən başa çatdı. 8 sentyabrdan etibarən start götürən mərhələnin nəticələri bir neçə günə müəllimlərin şəxsi kabinetinə göndəriləcək.
Moderator.az sertifkatlaşdırılması prosesinin müsahibə mərhələsi barədə müəllimlər tərəfindən ən çox soruşulan sualların cavablarını təqdim edir:
SUAL:Müsahibə mərhələsində hansı meyarlar əsasında qiymətləndirmə aparılır?
CAVAB- Müsahibədə iştirak edən şəxslər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəklər:
– proqram üzrə mövzunu təqdimetmə bacarığı;
-təhsilalanları qiymətləndirmə bacarığı;
-özünü təqdimetmə bacarığı;
-edaqoji prosesi təşkiletmə bacarığı;
-ünsiyyət bacarığı.
SUAL: -Müsahibə mərhələsində minimum keçid balı nə qədərdir?
CAVAB- Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
SUAL: Müsahibə mərhələsində maksimum bal nə qədərdir?
CAVAB: Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilibş
SUAL:-Müsahibə mərhələsində ballar necə hesablanır?
CAVAB-Təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsi üzrə qiymətləndirmə meyarları bu cürdür:
1)Proqram üzrə mövzunu təqdimetmə bacarığı-4 bal (meyar üzrə maksimal bal -12);
2)Təhsilalanları qiymətləndirmə bacarığı-4 bal (meyar üzrə maksimum bal -8);
3)Özünü təqdimetmə bacarığı 4 bal (meyar üzrə maksimum -8 bal)
4)Pedaqoji prosesi təşkiletmə bacarığı 4 bal (meyar üzrə maksimum 8 bal);
5)Ünsiyyət bacarığı- 4 bal
Beləliklə, müsahibə mərhələsində maksimal qiymətləndirmə 40 bal civarında dəyərləndirilir.