
Gələn il Azərbaycanda dövlət büdcəsindən yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 42 milyon manat ayrılacaq.
Vəsait Daxili İşlər Nazirliyinin sərəncamına veriləcək.
Azərbaycanda 2018-ci il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.