“Onların ifadələri insanı dəhşətə gətirir”

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımında şübhəli bilinən Madat Babayan saxlanılıb. O, istintaq  zamanı bir sıra yaşayış məntəqələrində, eləcə də Xocalıda azərbaycanlılara qarşı ağır cinayətlərə yol verdiyini etiraf edib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli Xocalı qatillərinin həbsinin sevindirici olduğunu bildirib:

 

“Xocalıda, eləcə də respublikamızın digər bölgələrində Birinci Qarabağ müharibəsi zamanı xalqımıza qarşı zorakılıq sərgiləyən, vətəndaşlarımızın qətlində iştirak edən şəxslərin həbs edilməsi, qanun qarşısnda cavab verməsi olduqca önəmlidir. Bu, həm tarixi ədalətin yerini alması, həm də erməni vəhşiliyinin beynəlxalq miqyasda ifşası baxımından mühüm əhəmiyyətə malikdir.

 

Azərbaycan tərəfi hər zaman bəyan edib ki, xalqımıza qarşı ağır cinayət törədən, günahsız insanları qətlə yetirənləri  məsuliyyətə cəlb edəcək, onları qanun qarşısında cavab verməyə məcbur edəcək. Bu gün biz baş verənlər fonunda buna şahid oluruq.

 

Xocalı soyqırımına görə saxlanılan ermənilərin verdikləri ifadələr insanı dəhşətə gətirir. Dünya bu həqiqəti bilməli, erməni faşizminin xalqımıza hansı müsibətlər yaşatdığına şahid olmalıdır”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: