
Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
“QAZEL” markalı yük maşını velosipedlə yolu keçən Pərvin Kamil oğlu İsmayılovu vurub. O, hadisə yerində ölüb.