“Bütün problemlərin kökü Moskvadadır…”

 

“Putinin öz məqsədlərinə nail ola biləcəyinə əminliyi  paranoyadır…”

 

“Zelenski öz ordusundan hücum etmək tələbindən əl çəkməlidir, qoy bu ordu müdafiədə dayanaraq Putinin hərbi potensialını məhv etsin…”

 

“Müharibənin mənbəyi qətiyyən HƏMAS və ya “Hizbullah” deyil, hətta İran da deyil, problemlərin kökü Moskvadadır…”

 

Rusiyanın hərbi potensialı onun hərbi-sənaye kompleksinin imkanları ilə məhdudlaşır.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın sabiq dövlət xadimi, iqtisadçı, xaricdə yaşayan Alfred Kox öz bloqunda yazıb. Məlumatı “kasparov.ru” nəşri yazıb.

 

Məqalə müəllifi Ukrayna və Yaxın Şərqdə müharibələr, bunun kökləri barəsində öz fikirlərini ifadə edib.

 

Məqaləni ixtisarla təqdim edirik.

 

Müharibənin 600 günü geridə qalıb. Müharibə dalana dirənib. Ukraynanılar arasında hər şey çox depressiv təsir bağışlayır. Mən tam əminəm ki, belə ovqat rusiyalılar arasında da hökm sürür.

 

Orada da müharibənin dalana dirənməsini anlayırlar, Putinin öz məqsədlərinə nail ola biləcəyi barədə əminliyi isə paranoya xarakteri daşıyır. Əlbəttə ki, Putinin tutuqun şövqünü onun öz komandası da bölüşmür.

 

Yəqin ki, bu, müharibənin qanunauyğun mərhələsidir. Uzun müddət belə qeyri-insani ekzaltasiyada olmaq mümkün deyil. Tez-gec depressiya dövrü yetişir.

 

Lakin burada mühüm fərq də var. Rusiyanın hərbi potensialı onun hərbi-sənaye kompleksinin imkanları ilə məhdudlaşır.

 

Şimali Koreya və İran hətta istəsələr belə Rusiyanın hərbi potensialına bir azca nəsə əlavə edə bilər, Rusiyanın başqa müttəfiqləri isə yoxdur.

 

Ukraynaya gəldikdə, ona kömək edən ölkələrin potensialı qələbə qazanmaq üçün yetərlidir. 

 

Əsaslı fərq bundan ibarətdir ki, Rusiya istəsə belə, qalib gələ bilməyəcək, çünki onun belə imkanı yoxdur, amma Ukrayna tamamilə üstünlük əldə edə bilər, bunu yalnız ABŞ və Avropanın istəməsi gərəkdir.

 

Öz istəklərinə rəğmən, Zelenski öz ordusundan hücum etmək tələbindən əl çəkməlidir. Qoy bu ordu müdafiədə dayanaraq Putinin hərbi potensialını məhv etsin.

 

Hələlik isə bu mövqe dalanı davam etdiyi zaman o, öz Qərb müttəfiqlərini inandırmaqla məşğul olmalıdır.

 

Qoy Zelenski heç nə anlamadığı hərbi əməliyyatlara rəhbərlik etməkdənsə, özünün qələbəyə inamını bəlağətli nitqlərə sərf etsin. Belə olan halda uğur şansı daha yüksək olacaq.

 

Obyektiv olaraq, Amerika tez-gec anlamalıdır ki, müharibə bütün dünyanı bürüyəcək, lakin onun mənbəyi qətiyyən HƏMAS və ya “Hizbullah” deyil, hətta İran da deyil. 

 

Problemlərin kökü Moskvadadır. İsrailin Qəzzada qalib gəlməsi üçün Ukraynaya kifayət qədər silah verilməlidir. 

 

Əks halda indi Yaxın Şərqdə olduğu kimi münaqişələr həmişə səbəblə deyil, nəticələrlə mübarizə olacaq.

 

Əgər bunu Ağ evin indiki administrasiyası anlamasa, növbəti administrasiya anlayacaq.

 

Bir daha vurğulayım: Putin üzərində qələbə təkcə Ukraynaya deyil, həm də Yaxın Şərqə sülh gətirəcək. Məhz bunu Zelenski Qərbə izah etməlidir.

 

Hər halda bunu etmək kifayət qədər silah olmadan (bunu Zelenski bu gün etməyə cəhd göstərir) Putinə qalib gəlməkdən daha asandır. Bu həm də ona görə belədir ki, həqiqətdir.

 

Əgər indiyədək Qərbi buna inandırmaq mümkün olmayıbsa, bu o demək deyil ki, daha bunu etmək lazım deyil. İstənilən halda başqa variant yoxdur.

 

Ona gorə sonadək, anlaşılmazlıq “divarı” çökməyənədək bu nöqtəyə vurmaq lazımdır. Və bu “divar” tez-gec çökəcək.

 

Çünki bizim işimiz haqq işidir! Düşmən darmadağın ediləcək! Qələbə bizimlə olacaq!..

Mənbə

Share: