“Qələbəmizin 3-cü ildönümünü dünya azərbaycanlıları və ədalət istəyən milyonlarla tərəfdarlarımızla birlikdə təntənə ilə qeyd edirik. Prezident İlham Əliyev 2020-ci il 20 noyabrında xalqa müraciətində deyir, sitat:“biz tarix yazırıq, yeni tarix! Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir!”. Göründüyü kimi, ölkə başçısı yeni siyasi təqvimin-Azərbaycanın Möhtəşəm 100 ilinin başlandığını bəyan edir. Ona görə də qəhrəman şəhidlərimizə, 70 mindən artıq orden-medalı daşıyan ordumuza ehtiramla, 8 noyabr parlaq Zəfəri, Qələbə rəmzinə çevrilən Dövlət Bayrağı və bütövləşən Konstitusiyanın yeni ildönümü məğlubiyyət tarixinin bitdiyini göstərir, noyabrı Zəfər ayı kimi müqəddəsləşdirir. Gəlin unutmayaq ki, 1991-ci ildə Azərbaycan siyasi müstəqilliyini elan edərkən Dağlıq Qarabağ ərazisinin üçdə biri işğal altında idi, ona görə də 15 oktyabr Qələbəmizin Xankəndi zirvəsi yeni dövlət müstəqillyi, istiqlal, bütövlük günüdür və qanunla rəsmiləşməyə, əbədiləşməyə layiqdir”.
Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc idarə heyətinin sədri olduğu Sosial Tədqiqatlar Mərkəzinin “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildinin təqdimatı ilə bağlı keçirilən konfrans zamanı deyib.