BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Dekabr 6 2019

Kürdəmir sakini külli miqdarda narkotiklə tutuldu


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Milletinsesi.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 qram olan qurudulmuş marixuananı 1000 manata satarkən polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Şəxsi axtarış zamanı ondan əlavə 2 kibrit qutusunda 8 qram qurudulmuş marixuana da aşkar edilib.
​Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Mahmudovun yaşadığı evin həyətyanı sahəsindən isə çəkisi 2,4 kiloqram qurudulmuş marixuana da götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.