Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındır.

28 yaşlı müdafiəçi LKS (Lodz) komandasında çıxış edə bilər.

Keçidin tezliklə açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Mənbə

Share: