URAP (University Ranking by Academic Performance) reytinq təşkilatı 2024-cü il üzrə reytinq nəticələrini dərc edib. Nəticələrə əsasən, cari ildə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən yalnız Bakı Dövlət Universiteti (BDU) müvafiq reytinqdə yer alıb və ötən ilin nəticəsindən 285 pillə irəliləyib.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
URAP qlobal və reytinq nəticələrini 2010-cu ildən bəri dərc edir. URAP “Web of Science” və “InCites” kimi beynəlxalq bibliometrik verilənlər bazalarından məlumatları toplayır və ən çox məqalə dərc olunmuş ali təhsil müəssisələrinin məlumatlarından istifadə edir. Bununla yanaşı, ali təhsil müəssisələrinin fəaliyyəti bir neçə indikator əsasında qiymətləndirilir.
Ötən il də BDU Azərbaycanı müvafiq reytinqdə təmsil edən yeganə ali təhsil müəssisəsi olub.