Tviter Navalnının xanımının hesabını məhdudlaşdırıb

“Tviter dünən açdığım hesabıma məhdudiyyətlər qoyub”.

 

Modern.az xəbər verir ki, bunu mərhum rusiyalı siyasətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya teleqram kanalında yazıb.

 

“Shadowban Test” xidmətinə görə, mənim tvitlərim axtarışlarda göstərilmir və axtarış çubuğuna adımı daxil etsəniz, tövsiyələr arasında səhifəm tövsiyə edilmir. Bundan əlavə, istifadəçilər mesajlara cavabları açsam, orijinal tvitlərimin göstərilmədiyini qeyd etdilər”, – o qeyd edib.

 

Twiter nümayəndələri bunun nə ilə bağlı olduğunu şərh etməyiblər.

Bu xəbər ilə bağlı

Alekseyin işini davam etdirəcəyəm – Navalnının xanımı (VİDEO)


Xəbəri oxu

Mənbə

Share: