Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 13 ölkədən olan 20 mindən çox hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimləri başlayıb.
Təlimlər Finlandiya, Norveç və İsveçin şimal ərazilərində keçiriləcək.
Qeyd olunub ki, martın 15-dək davam edəcək təlimdə Belçika, Böyük Britaniya, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç və ABŞ-dən olan hərbçilər iştirak edirlər.
Alyans hərbçilərinin bildirdiyinə görə, birgə təlimin əsas məqsədi Skandinaviya regionunun müdafiəsini gücləndirməkdir.
Mənbə: Associated Press